Suriyada ara yenidən qarışır:

Suriyada Bəşər Əsəd rejimi ölkənin cənubundakı Dera şəhərində müxaliflərin ələ keçirdiyi bölgələrə hücum etməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, son üç gün ərzində bölgəyə Rusiya istehsalı texnika və sursat cəlb olunub.

Deradakı Müstəqil Suriya Ordusu komandirlərindən Abdullah Əbu Zeyd son açıqlamasında bunları deyib:

"Bu böyük plan rejimin Derada itirdiyi əraziləri yenidən geri qaytarmaq niyyətini əks etdirir".

Əbu Zeydin sözlərinə görə, hücumdan xəbərdar olan müxaliflər rejim qüvvələrinə qəfildən zərbə endirə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR