Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Batumi şəhərinin meri ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Batumi şəhərinin meri ilə görüşüb
20:32 2 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Gürcüstanda işgüzar səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Batumi şəhərinin meri Giorgi Ermakov ilə görüşüb.
Fonddan "Report"a verilən məlumata görə, G.Əfəndiyeva G.Ermakova fondun məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirləri barədə məlumat verib.
Görüş zamanı tarix boyu türkdilli və gürcü xalqlarının birgə yaşamasına, oxşar mədəni dəyər və ənənələrə malik olmasına dair fikir mübadiləsi aparılıb, mədəni irsin qorunması və təbliği üzrə bir sıra məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəkdə əməkdaşlıq çərçivəsində birgə tədbirlərin reallaşdırılmasına dair razılıq əldə edilib.
Görüşdə Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov da iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/beynelxalq-turk-medeniyyeti-ve-i-rsi-fondunun-prezidenti-batumi-seherinin-meri-ile-gorusub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR