Azərbaycan millisi Dünya çempionatının bir addımlığında

Qadın voleybolçular arasında 2018-ci ildə keçiriləcək Dünya çempionatının seçmə mərhələ oyunları davam edir.

Metbuat.az-ın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün İsraillə qarşılaşıb.

Oyun başdan-sonra voleybolçularımızın üstünlüyü şəraitində keçib. 3:0 hesabı ilə qələbə qazanan Azərbaycan yığması sonuncu turun nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə vəsiqə qazanıb. Komandamız sabah Hollandiyanı məğlub edəcəyi təqdirdə birbaşa turnirin final mərhələsinə, uduzacağı halda isə pley-offa yüksələcək.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

4-cü tur

2 iyun

İsrail – Azərbaycan - 0:3 (9:25, 14:25, 18:25)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR