İçərişəhərdə uşaqlar üçün konsert keçirilib

İçərişəhərdə uşaqlar üçün konsert keçirilib
21:01 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı, Nazirlər Kabineti Yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsi ilə birgə, qoruq ərazisində, açıq səma altında “Pillə” adlı konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə layihənin ideya müəllifi, Azərbaycan Telelvizyasının əməkdaşı Nigar Qarayeva bildirib ki, ümummilli lider Heydər Əliyev daim uşaqlara diqqət və qayğı göstərib: "Onun siyasi kursu bu gün də layiqincə davam etdirilir. Ölkə başçısının sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması bu diqqət və qayğının bariz nümunəsi idi. Ölkədə aparılan məqsədyönlü və ardıcıl uşaq siyasəti nəticəsində hər il müxtəlif sahələrdə fərqlənən istedadlı uşaq və gənclərə Prezident təqaüdü ayrılır, istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər keçirilir. Bu konsert də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Mədəniyyət Kanalının körpə balalarımıza bir töhfəsidir".

Konsertdə, Azərbaycan Televiziya və radiosunun Əfsər Cavanşirov adına Bənövşə uşaq xoru, Atilla Məmmədov, Solmaz Əbdül- Vokal qrupu, Mehin Axundova, Atiılla Məmmədov, Fidan Hüseynov, Nadir Hüseynov Saz mahnısı, Ayan Qurbanov Şən Azərbaycan Vokal qrupu Naz Naz, Solmaz Əbdül, Alsu Rihana, Tahirə Maqsudova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan,. müxtəlif musiqi məktəblərinin şagirdləri və musiqi kollektivləri iştirak ediblər.

Mədəniyyət Kanalının təşkil etdiyi “Pillə” adlı konsertin məqsədi də istedadlı uşaq və gəncləri ictimaiyyətə təqdim etmək, tanıtmaqdır.

Sonda uşaqlar, konsert proqramının Mədəniyyət Kanalı və Azərbaycan Radiosu vasitəsilə işıqlandırdıqları və təşkili üçün, yaradılan şərait görə Azərbaycan Televiziyasının rəhbərəliyinə öz təşəkkürünü bildiriblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2762273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR