"Azərbaycanla Amerika arasında əlaqələrin inkişafı üçün böyük potensial var" - Azər Badamov

"Azərbaycanla Amerika arasında əlaqələrin inkişafı üçün böyük potensial var" - Azər Badamov
21:12 2 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bundan sonrakı mərhələdə Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edə, bütün sahələr üzrə, o cümlədən iki ölkə arasında iqtisadi əməkdaşlıq daha geniş miqyas ala bilər".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan-ABŞ münasibətlərinin mövcud durumu və perspektivlərini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib.

Millət vəkilinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə qısa müddət ərzində ünvanladığı iki məktubda Azərbaycanın dövlət müstəqilliyinə böyük önəm verdiyini, hörmətlə yanaşdığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də dünyada terrorla mübarizədə rolunu xüsusi qeyd etməsi təqdirəlayiq haldır:

"Əslində bu məktublarda Azərbaycanın dünyadakı nüfuzunun artması öz əksini tapıb. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanın ölkə daxilində apardığı islahatlar, yürütdüyü xarici siyasət ABŞ tərəfindən yüksək dəyərləndirilir. Yəni Amerika Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf edir, üstəlik siyasi stabillik təmin olunub. Hazırda bir çox yerlərdə silahlı qarşıdurmaların, qarışıqlığın olduğu dünyada ABŞ-ın ölkəmizə bu cür yanaşması təbii ki, Azərbaycanın dünyada, beynəlxalq münasibətlər sistemində tutduğu yeri və mövqeyi ilə bağlıdır. Məncə Azərbaycanla Amerika arasında hər sahədə, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var. Düşünürəm ki, bu istiqamətlərdə müəyyən konkret addımlar atılacaq və Azərbaycan-ABŞ münasibətləri müsbət dinamika ilə inkişaf edəcəkdir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR