Azərbaycan voleybolçuları DÇ-nin seçmə mərhələsində ardıcıl dördüncü qələbə qazanıb

Azərbaycan voleybolçuları DÇ-nin seçmə mərhələsində ardıcıl dördüncü qələbə qazanıb
21:27 2 İyun 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ardıcıl 3 oyunda "quru hesab"la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib.

Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.
 
Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub.
 
Turun mərkəzi matçında isə Hollandiya Ukraynanı sınağa çəkəcək.
 
Dünya çempionatının seçmə mərhələsi

E qrupu
IV tur
2 iyun

Hollandiya - Ukrayna - 1:0
İsrail - Azərbaycan - 0:3
Danimarka - Norveç - 1:3

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR