Daxili orqanından narkotik çıxarıldı - VİDEO

Daxili orqanından narkotik çıxarıldı - VİDEO
22:05 2 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat nəticəsində Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Fərziyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs İrandan-Azərbaycana daxili orqanlarında gizlədərək 10 qram heroin və güclü psixotrop təsirə malik olan 5 ədəd metadon həbi keçirib. Elşən Fərziyevdən qeyd edilən narkotik vasitələr aşkar olunaraq götürülüb.

Əməliyyatla Elşən Fərziyevə İrandan ölkəmizə narkotik vasitəni daxili orqanlarında 230 manat qarşılığında keçirməyi sifariş edən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Tural Ağazadə də saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qabil Mövlanov şübhəli şəxs qismində saxlanılıb. Ondan 25 qram tiryək aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Daxili orqanından narkotik çıxarıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/550773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR