Tramvay yol üstündə namaz qılan adamı gözlədi

Tramvay yol üstündə namaz qılan adamı gözlədi
22:42 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

İzmirdə yol kənarda park edən avtobus sürücüsü tramvay xəttinin kənarında namaz qılmağa başlayıb. Bu arada hərəkətdə olan tramvayın maşinisti tramvayı dayandıraraq, kişinin namaz qılmağı bitirməsini gözləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, İzmirdə Qarşıyaka səfərlərinə bir müddət öncə başlayan tramvay xəttində yaşanan hadisə sosial mediaya damğa vurub. Avtobus sürücüsü namaz vaxtını qaçırmamaq üçün küçənin sağında maşınını park edəndən sonra yol kənarındakı tramvay xətti üzərində namaza başlayıb. Bu zaman xətdə və hərəkətdə olan tramvayın sürücüsü namaz qılan kişini fərq edərək dayanıb və onun namazını bitirməsini gözləyib. Bu olay həmin vaxt kənardakı binanın balkonunda dayanan vətəndaşlar tərəfindən cib telefonunun yaddaşına köçürüldü. Görüntülərdə namazını tamamlayan kişinin cəld şəkildə ayağa durub, əli ilə tramvayı sürən maşinistə və sərnişinlərə təşəkkür mənasında əl yellədiyi görünür. Tramvay maşinistinin davranışını təqdir edən vətəndaşlar bu görüntüləri sosial media hesablarından paylaşdı.

Bu görüntülər qısa müddət ərzində onlarca insan tərəfindən sosial media hesablarından paylaşılınca minlərlə insana çatıb. Qarşıyaka bələdiyyə başqanı CHP-li Hüseyin Mutlu Akpınar da, görüntüləri öz sosial şəbəkə hesabından paylaşıb və izmirli vətəndaşların bu olaya pozitiv yanaşmasına görə onlara təşəkkür edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR