Məhəmmədi gölünün ətrafındakı evlərin problemi həll edilir - VİDEO

Məhəmmədi gölünün ətrafındakı evlərin problemi həll edilir - VİDEO
22:47 2 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu ərazisində Məhəmmədi gölünün ətrafındakı evlərin subasması problemi birdəfəlik həll edilir.

Milli.Az bildirir ki, göldən suyun kənarlaşdırılması üçün işlərə başlanılıb. Bununla da suyun səviyyəsinə nəzarət etməklə ərazidə subasmanın qarşısı alınacaq.

Gölə axıdılan qrunt və yağış suları çəkilən borular vasitəsi ilə kənarlaşdırılacaq. Gölün səviyyəsində mütəmadi ölçmələr aparılaraq daşmasının qarşısı alınacaq.

Böyükşor gölünün səviyyəsinin saxlanması üçün də layihə artıq başlanılıb. Bundan əlavə mütəmadi subasma baş verən Binəqədəi şossesi, Dadaş Bünyadzadə Küçəsi, Xətai rayonunda Kazımağa Kərimov küçəsi boyunca yağış sularının kənarlaşdırılması üçün kollektorların tikintisinə başlanılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məhəmmədi gölünün ətrafındakı evlərin problemi həll edilir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR