İki iş təklifini rədd edənlər işsiz sayılmayacaq - VİDEO

İki iş təklifini rədd edənlər işsiz sayılmayacaq - VİDEO
22:52 2 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Müavinətlərin təyin olunması ilə bağlı yeni layihə üzərində iş gedir və bunda əsas məqsəd ailələrin vəziyyətinə uyğun fərdi yanaşmanın tətbiq edilməsidir.

Milli.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir son illərdə əmək bazarında işə çıxış imkanlarının azalmasına da münasibət bildirib.

Səlim Müslümov bunu 2003-cü ildən bu yana əhalinin sayının kəskin artması və 1990-cı illərin əvvəlindəki artım tempinə çatması ilə əlaqələndirib.

Səlim Müslümov Məşğulluq Xidməti tərəfindən öz sahəsi üzrə iki iş təklifini rədd edən şəxslərin işsiz siyahısından çıxarılması məsələsinə də aydınlıq gətirib.

Onu da qeyd edək ki, bu məsələ ilə bağlı millət vəkilləri öz narahatlıqlarını ifadə etmişdilər ki, məşğulluq xidməti 1000 manat maaş alan adama 200 manatlıq iş təklif edəcək və o da rədd cavabı verərək işsizlik sığortasından yararlana bilməyəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İki iş təklifini rədd edənlər işsiz sayılmayacaq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR