Tovuzda qatar 90 yaşlı kişini vurub öldürdü

Tovuzda qatar 90 yaşlı kişini vurub öldürdü
23:09 2 İyun 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda qatar 90 yaşlı kişini vuraraq öldürüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 21:00 radələrində rayonun Aşağı Quşçu kəndi ərazisində dəmi yol xətti üzərində qeydə alınıb.

 

Qatar kənd sakini, 90 yaşlı Əşrəfov Xasay Əziz oğlunu vuraraq öldürüb. Məlumata görə,  kişi iki inəyini dəmir yol xəttindən keçirmək istəyib. Heyvanlardan birini keçirsə də, ikincisini aparanda qatar onu və inəyi vuraraq öldürüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR