Dondurma bazarında canlanma: məhsulların 80 faizi yerli istehsaldır - QİYMƏTLƏR - VİDEO

Dondurma bazarında canlanma: məhsulların 80 faizi yerli istehsaldır - QİYMƏTLƏR - VİDEO
23:12 2 İyun 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, mağazalarda hər kəsin damaq dadına və cibinə uyğun həm yerli, həm də xarici istehsal olan dondurmalar var.

İnsanlar dondurmanı məhz keyfiyyətinə görə seçdiklərini bildirirlər. Bəzi insanlar isə xarici istehsal olan dondurmaları daha keyfiyyətli və dadlı olduğunu hesab etdikləri üçün seçdiklərini deyirlər.

Bununla bərabar yerli istehsala müraciət edən kifayət qədər insan var. Elə bunun nəticəsidir ki, Azərbaycanın dondurma bazarında yerli məhsullar 70-80 faiz paya malikdir.

Görünüş və dadına görə yerli və xarici məhsullar bir-birlərindən çox fərqlənməsə də, onların arasında qiymət baxımından kəskin fərq var. Belə ki, 60-120 qramlıq yerli istehsal olan dondurmanın qiyməti 20 qəpik-1 manat arasında dəyişirsə, eyni miqdarda idxal olan dondurma 80 qəpik-3 manata təklif olunur. Dondurma istehsalçısı Əvəz Səfərli deyir ki, bunun əsas səbəbi xaricdən gələn məshulların xərcinin çox olmasıdır.

Amma bazarlarda xarici məhsulların qiymətinə bərabər yerli məhsullar da var ki, bunun da əsas səbəbi həmin məhsullarda istifadə olunan qatqı maddələrinin və qabların xaricdən gətirilməsidir.

Hazırda bazarda 10-a yaxın yerli dondurma istehsal edən şirkət fəaliyyat göstərir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dondurma bazarında canlanma: məhsulların 80 faizi yerli istehsaldır - QİYMƏTLƏR


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR