"Çin hardan çıxdı?"

"Çin hardan çıxdı?"
23:22 2 İyun 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejmanın adı Çin klubları ilə hallanır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu transfer söz-söhbətlərinə aydınlıq gətirib.

"Beşiktaş"ı sevirəm. 2018-ci il dünya çempionatına getmək istəyirəm. Bu səbəbdən klubumda qalacam. Burdan getmək barədə düşünmürəm. Məni "Beşiktaş" və Portuqaliya millisi maraqlandırır. Fransada Avropa çempionu olduqdan sonra "Beşiktaş" da Türkiyənin ən güclüsü oldu. Bu, mənim üçün böyük şərəfdir. Şenol Güneş kimi məşqçi ilə çalışmaq karyeramda çox önəmli yer tutacaq. Söz-söhbətlərə fikir vermirəm. Çin hardan çıxdı? Bir vaxt Türkiyədən gedəcəm. İndisə milli komanda ilə dünya çempionu adını qazanmaq istəıyirəm. Türkiyə və İstanbulu çox sevirəm. Ailəm burda xoşbəxtdir. Azarkeşlər məni sevir, mən də onları" - portuqaliyalı havbek qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR