İntihar edən müğənninin uşaqlarına jest etdi - FOTO

İntihar edən müğənninin uşaqlarına jest etdi - FOTO
23:27 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Bred Pitt ötən ay intihar etmiş "Soundgarden" qrupunun solisti Kris Kornellin uşaqları ilə Los-Ancelesdə Disneylənddə gəzintiyə çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 12 yaşlı Toni ilə 11 yaşlı Kristoferi attraksiona mindirib, onlara şirin pambıq alıb. Uşaqların arasında Krisin musiqiçi Syuzan Silverlə nikahından olan 17 yaşlı qızı Lilian gözə dəyməyib. 

Xatırladaq ki, Kris Kornellin vida mərasimində Bred Pitt iştirak edə bilməmiş, bu isə sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. 

Qeyd edək ki, Kris Kornell mayın 18-də Detroytda konsertindən sonra qaldığı otelin otağında özünü asaraq intihar edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR