Tovuzda qatar 90 yaşlı kişini vuraraq öldürüb.
Hadisə bu gün saat 21:00 radələrində rayonun Aşağı Quşçu kəndi ərazisində dəmi yol xətti üzərində qeydə alınıb.
Qatar kənd sakini, 90 yaşlı Əşrəfov Xasay Əziz oğlunu vuraraq
öldürüb. Məlumata görə, kişi iki inəyini dəmir yol xəttindən
keçirmək istəyib. Heyvanlardan birini keçirsə də, ikincisini
aparanda qatar onu və inəyi vuraraq öldürüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma
aparılır.