Pərvin Səidədən də ÜZR İSTƏDİ

Pərvin Səidədən də ÜZR İSTƏDİ
23:42 2 İyun 2017
967 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Pərvin Abıyeva "Maşın" realiti-şousunda hər kəsdən, eyni zamanda müğənni Səidə Sultandan üzr istəyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb onun ötən gün Səidəylə söz davasına çıxmasıdır. Abıyeva qeyd edib ki, sözügedən şouya ölkədə kiçikdən böyüyə çox adam baxır:

"Dünən isterika keçirdim. Məndən balacalardan da, böyüklərdən də üzr istəyirəm. Səidə xanım da məndən kiçikdir, hətta ondan da üzr istəyirəm".

Xatırladaq ki, ötən günkü efirdə onlar arasında mübahisə düşüb, tanınmışlar bir-birini təhqir ediblər. Səs rejissorları efirdə səsi alaraq onların danışıqlarının eşidilməsinə maneə olublar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR