Hamiləlikdə stress uşaqda bu xəstəliklərin riskini artırır

Hamiləlikdə stress uşaqda bu xəstəliklərin riskini artırır
23:52 2 İyun 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir. Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır.
Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.
Belə ki, hamiləlik zamanı güclü xroniki streslər uşaqda ürək xəstəliklərinin və hiperaktivlik sindromunun riskini artırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/550500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR