Yerevanda müştəri bank rəhbərinə başından xəsarət yetirib

Yerevanda müştəri bank rəhbərinə başından xəsarət yetirib
23:57 2 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda "Ameribank"ın filial rəhbəri müştəri tərəfindən xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Məlumata görə, hadisə Komitas küçəsində qeydə alınıb. Belə ki, adı açıqlanmayan şəxs bankdan atasının adına olan kartı götürmək istədikdə əməkdaşlar bundan imtina edərək bildiriblər ki, kartı almaq üçün müştəri özü banka gəlməlidir.
Nəticədə gənclə bank işçiləri arasında mübahisə yaranıb. Müştəri bankın işçilərini "söhbət"i binanın xaricində davam etdirməyə dəvət edib və məsələ əlbəyaxa davaya qədər gəlib çatıb. Qarşıdurma zamanı müştəri bankın filial rəhbərini tapança ilə hədələyib və bundan sonra onun başına zərbə endirib.
Bankın nümayəndələri gənci zərərsizləşdirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisənin təfərrüatı araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevanda-bank-rehberine-musteri-terefinden-xesaret-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR