Almaniyada polis şiddəti:

Almaniyanın Frankfurt şəhərində polisin şiddət tətbiq etdiyi iddia edilən Savaş Kabasakal adlı türk ölüb.

Polis Savaşın yaşadığı evə yollanıb. Qapını açan evin kiçik oğlu Hakan heç bir problemin olmadığını bildirib və polislərdən uzaqlaşmalarını xahiş edib. Bu zaman Savaş Kabasakal hamamdan çıxıb. İddialara görə, polislərlə Savaş arasında gərginlik yaşanıb.

Daha sonra təhlükəsizlik xidmətinin əməkdaşları evin giriş və yataq otaqlarının qapılarına kilid vurublar. Polislərə müqavimət göstərə bilməyən Savaş Kabasakalın halı birdən-birə pisləşib və o, yataq otağındaca dünyasını dəyişib.

Hadisə ilə bağlı Frankfurtdakı Türkiyə Baş Konsulluğu məlumat yayıb. Məlumatda deyilir: "Hadisənin gedişatını sona qədər izləyəcəyik. Ailə ilə də görüşmüşük. Onlara dəstək olacağımızı dedik".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR