Obamanı izləmək üçün 2 min dollarından keçdi

Sabiq ABŞ lideri Barak Obama vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə ölkə sərhədlərindən kənarda çıxış edəcək.

Metbuat.az-ın məlumatına görə, Obama iyunun 6-da Kanadanın Monreal şəhərində insanların önünə çıxacaq.

Monrealın 375-ci quruluş il dönümü münasibətilə şəhəri ziyarət edəcəyi planlaşdırılan ABŞ prezidentinin nitqini izləmək istəyənlər üçün biletlər satışa çıxarılıb. Biletlərin qiymətləri 57 və 373 Kanada dolları arasında dəyişib.

Qeyd edək ki, biletlər satışa çıxarıldıqdan cəmi 15 dəqiqə sonra tükənib.

Bəzi internet saytları isə biletləri auksiona çıxarıblar. Obamanın nitqini canlı dinləmək istəyən biri auksionda 2 min Kanada dolları ödəyərək bileti əldə edib. Bu, hələlik maksimum qiymətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR