FHN xilasediciləri yağış sularının həyətyanı sahələrə axınının qarşısını alıb

Qəbələnin Hacıalılı kəndində həyətyanı sahələr yağış sularından təmizlənib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Hacıalılı kəndində yağış sularının həyətyanı sahələrə dolması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən su basan ərazilərdə su çəkmə işləri aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR