Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib

Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib
02:12 3 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Əbdürrəhimbəy Haqverdiyev küçəsində 1931-ci il təvəllüdlü Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səyinə baxmayaraq, N. Qabulxayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-86-yasli-kisi-doyulerek-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR