Bakıda 3 naməlum şəxs dönərçiyə ağır bıçaq xəsarətləri yetirib

Bakıda 3 naməlum şəxs dönərçiyə ağır bıçaq xəsarətləri yetirib
02:32 3 İyun 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda dönərçi ağr bıçaq xəsarətləri alıb.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, "Üçüncü mikrorayon dairəsi" kimi tanınan ərazidə 3 naməlum şəxslə dönərçi, 1967-ci il təvəllüdlü Ağayev Oqtay Qurbanəli oğlu arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər O.Ağayevə kürək nahiyəsindən 4 bıçaq xəsarəti yetirərək aradan çıxıblar.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib. Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-3-nefer-donerciye-agir-bicaq-xesaretleri-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR