İranda partlayış baş verib: 15 yaralı

İranda partlayış baş verib: 15 yaralı
03:43 3 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İranın Şiraz şəhərində güclü partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda İran mətbuatı xəbər verir.

İlkin məlumata görə, partlayış nəticəsində azı 15 nəfər yaralanıb. Partlayış yerli vaxtla saat 01.00-də ticarət mərkəzində baş verib. Partlayış dalğası qonşu mağazaların şüşələrini sındırıb.

Partlayışın səbəbləri hələ məlum deyil.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2762300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR