Meksikada quldurlar həbsxana direktorunu oğurlayaraq qətlə yetirib

Meksikada quldurlar həbsxana direktorunu oğurlayaraq qətlə yetirib
05:32 3 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Meksikanın Herrero ştatındakı həbsxananın direktoru naməlum quldurlar tərəfindən oğurlanaraq qətlə yetirilib.
"Report"un məlumatına görə, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası qrupunun rəhbəri Roberto Alvares Erediya xəbər verib.
Mərhumun yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesin evinə basqın ediblər. Onlar dikrektoru döyərək naməlum istiqamətə aparıblar.
Onun oğurlanmasında dərhal sonra federal və yerli güc strukturları Çopinin axtarışı məqsədilə irimiqyaslı əməliyyata başlayıblar. Lakin bu heç bir nəticə verməyib.
Sonradan onun boynundan xəsarət almış meyiti tapılıb.
Herrero ştatı Meksikanın cinayətkarlıq baxımından ən təhlükəli yerlərindən biridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-quldurlar-hebsxana-direktorunu-ogurlayaraq-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR