“Galaxy”lərin səs imkanları açılacaq

“Galaxy”lərin səs imkanları açılacaq
07:27 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti "Galaxy" istehsal xəttindən olan smartfon və planşet sahibləri üçün nəzərdə tutulan yeni "SoundAssistant" əlavəsini təqdim edib. Proqram vasitəsilə istifadəçilər səsə aid bütün funksiyaları tənzimləmək imkanı əldə edəcəklər. Belə ki, əlavənin köməyi ilə multimedianın səsini zəngin səsindən ayrıca tənzimləmək, quraşdırılmış ekvalayzer vasitəsilə səsin keyfiyyətini sazlamaq və s. mümkün olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "SoundAssistant" daha dəqiq quraşdırma üçün 150 səs tənzimləmə səviyyəsinə malikdir. Qulaqcıq qoşulan zaman qulaqlar üçün ayrıca səs ucalığını və səsləndirməni zövqə uyğun sazlamaq olar. "Galaxy S8" və "Galaxy S8 Plus" smartfon sahibləri əlavə vasitəsilə müxtəlif proqramlar üçün səsin səsləndirilməsi üsullarını quraşdıra bilərlər. Məsələn, musiqi pleyerindən səs simsiz kolonkaya, oyundan isə smartfonda quraşdırılan dinamikə ötürüləcək.
 
"SoundAssistant" əlavəsini "Google Play" mağazasından və ya buradan yükləmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/550302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR