Maskdan Trampa iqlim xəbərdarlığı

Maskdan Trampa iqlim xəbərdarlığı
08:05 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, ABŞ-ın məşhur iş adamı İlon Mask (Elon Musk) prezident yanında Ekspert Şurasının tərkibindən çıxa biləcəyini bəyan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əgər Donald Tramp ABŞ-ın iqlim məsələləri üzrə Paris razılaşmasından çıxması barədə qərar verərsə, o, Ekspert Şurasından kənarlaşacaq. İş adamı prezidenti fikrindən daşındırmaq üçün bacardığını etdiyini söyləyib.
 
Tramp razılaşmadan çıxmağa qərar verəcəyi təqdirdə, nə edəcəyi barədə sualı İ. Mask belə cavablandırıb: "Mənim prezident yanında şuranı tərk etməkdən başqa yolum qalmayacaq".   
 
Xatırladaq ki, İ. Mask 2016-cı ilin dekabrında digər məşhur iş adamları ilə birlikdə prezident yanında Ekspert Şurasına qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR