“Apple” istifadəçilərinin nəzərinə

“Apple” istifadəçilərinin nəzərinə
08:05 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti noutbuk və smartfonların bir sıra köhnə modellərini dəstəkləməkdən imtina edib. Bu haqda "Apple"ın rəsmi məlumatına istinadən "9to5mac" bloqu yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata əsasən, iyunun 30-da "MacBook Air" (11 və 13 düymlük modellər, 2011-ci il), "MacBook Pro" (13 və 15 düymlük modellər, 2011-ci il), "MacBook Pro" (17 düymlük model, 2009-cu il) noutbukları, "AirPort Express 802.11n" giriş nöqtəsi (birinci nəsil, 2008-ci il), həmçinin 2009-cu ildə çıxarılmış "iPhone 3GS" smartfonu köhnə qurğular kateqoriyasına daxil ediləcək. Bu o deməkdir ki, yuxarıda adları sadalanan qurğuların sahibləri həmin qurğuları "Apple"ın mağazalarında və ya xidmət mərkəzlərində təmir etdirə bilməyəcəklər.

"9to5mac" bloqu qeyd edir ki, "Apple" şirkəti adətən qurğuların istehsalını dayandırdıqdan 5-7  il sonra onları köhnə qurğular kateqoriyasına daxil edir. Bu müddət ərzində qurğular üçün ehtiyat hissələrini tapmaq çətinləşir və cihazların təmiri əlverişli sayılmır. Həmçinin şirkət istifadəçilərə qurğulara dəstəyin dayandırılması haqda xəbərdarlıq göndərmir, bu barədə yalnız saytda məlumat dərc edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/550306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR