Sürücüsüz avtomobillər üçün yeni texnologiya

Sürücüsüz avtomobillər üçün yeni texnologiya
08:32 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni sistemin əsasını səsli impulslar vasitəsilə yoldakı maneələrin olduğu yerləri müəyyənləşdirməyə imkan verən səsli naviqasiya analoqu təşkil edir. Kompüter bir neçə saniyə ərzində bir neçə yüz metr radius üçün xəritəni cızır ki, bu da yolda toqquşma hallarından yayınmağa şərait yaradır. Tədqiqatçılar qeyd edir ki, test zamanı yeni növ nəqliyyat vasitəsi yaxşı nəticələr nümayiş etdirib.
 
Sınaqlar zamanı avtomobilin yolda obyektlərin 90 faizindən yan keçməsi müəyyənləşdirilib.
 
Bildirilir ki, yeni sistem hətta hərəkət edən obyektləri müəyyənləşdirərək onların 90 faizindən yan keçməklə manevr edir.  
 
Səsli naviqasiya sistemi ilə yanaşı, prototipdə kiçik məsafədə (10 metrədək) maneələri qeydə alan hərəkət ötürücüsü quraşdırılıb.
 
Yeni nəqliyyat vasitəsi əvvəllər ilk sürücüsüz "Google" avtomobil prototiplərində tətbiq edilən "Waymo" maşın prototipi əsasında yaradılıb.
 
Yeni sistemlə təchiz edilən sürücüsüz avtomobillərin yaxın illərdə satışa çıxarılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR