Çinin elektron kommersiyadakı payı 40%-ə çatdı

Çinin elektron kommersiyadakı payı 40%-ə çatdı
08:57 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çinin elektron kommersiyadakı payı 2016-cı ilin sonunda 39,2% təşkil edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Çin Tİcarət Nazirliyindən bildirilib.
 
Ölkədə internet mağazaların istifadəçilərinin və onlayn ticarət sahəsində çalışanların da sayı kəskin artıb. Bildirilir ki, Çində internet istifadəçilərinin sayı ötən il 731 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 53,2%-ni təşkil edir. İnternet istifadəçilərinin 63,8%-i və ya 467 milyon nəfəri onlayn alış-veriş edir.
 
Çinin internet mağazalarında ən çox satılan mallar geyimlər, məişət əşyaları, mobil telefonlar, qida və içkilər, rəqəmsal və uşaqlar üçün məhsullardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR