Zərər 8 trilyon dollara çatacaq

Zərər 8 trilyon dollara çatacaq
09:05 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın "Juniper Research" analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin proqnozuna görə, kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinə baxmayaraq, 2017-ci ildə hakerlər tərəfindən oğurlanmış fərdi məlumatların həcmi 2,8 milyard təşkil edəcək və 2020-ci ilə bu göstərici 5 milyarda yaxınlaşacaq.
 
Hesabata əsasən, kiçik və orta biznes müəssisələri xüsusi riskə məruz qalırlar və belə təşkilatlar qoruyucu tədbirlərin reallaşdırılmasına orta hesabla təxminən 4 min dollar xərcləyirlər. Ekspertlərin fikrincə, kibertəhdidlərin artmasına baxmayaraq, növbəti beş ildə belə şirkətlərin kibertəhlükəsizlik sahəsinə xərcləri cüzi artacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR