“Azərkosmos” keçirdiyi tenderin davamından imtina edib

“Azərkosmos” keçirdiyi tenderin davamından imtina edib
09:07 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi, yenidənqurma işlərinin satınalınması məqsədilə keçirdiyi açıq tenderin davamından imtina edib.
“Report” xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, tenderin davamından “Dövlət Satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün imtina edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerkosmos-kecirdiyi-tenderin-davamindan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR