Türkiyədə 274 PKK terrorçusu məhv edilib

Türkiyədə 274 PKK terrorçusu məhv edilib
09:42 3 İyun 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ötən ay ərzində 300-ə yaxın PKK terrorçusu məhv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, havadan dəstək verilməklə mayın 1-dən 31-ə qədər keçirilmiş antiterror əməliyyatlarında 274 PKK terrorçusu məhv edilib.

Bu dövrdə PKK terrorçuları tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 13 əməkdaşı və 1 dinc sakini həlak olub. Daha bir nəfər xəsarət alıb.
Antiterror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələrinin 46 əməkdaşı yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR