"Arsenal" klubu Arda Turanı transfer etmək istəyir

"Arsenal" klubu Arda Turanı transfer etmək istəyir
09:52 3 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan İngiltərə "Arsenal"ına keçə bilər. "Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, "kanonirlər"in baş məşqçisi Arsen Venger 30 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
London təmsilçisi Arda üçün 25 milyon avro ödəməyə hazırdır. Təcrübəli oyunçunu "Qalatasaray" da heyətinə cəlb etmək istəyir. Amma İstanbul klubunun bu qədər vəsaiti ödəmək imkanının olmadığı bildirilir.
Qeyd edək ki, "Barselona"ya Ernesto Valverdenin baş məşqçi təyin olunmasından sonra Arda Turanın transferə çıxarılacağı bildirilir. O, ötən mövsüm La Liqada 14 oyunda meydana əsas heyətdə çıxıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/arsenal-klubu-arda-turani-transfer-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR