Kürdəmirdə çətənə becərən şəxs tutuldu

Kürdəmirdə çətənə becərən şəxs tutuldu
09:57 3 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan şəxs tutulub.  
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Şıxımlı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Məcid oğlu Həsrətovun qanunsuz olaraq narkotik tərkibli bitkinin əkib-becərilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış  tədbirlər nəticəsində T. Həsrətovun yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirərkən oradan aqrotexniki qulluq göstərilmiş və kultivasiya edilmiş narkotik tərkibli bitki hesab olunan 18 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, T. Həsrətov əvvəllərdə bir dəfə məhkum olunub.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR