Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçinin payı artırılacaq

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçinin payı artırılacaq
10:12 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.
“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.
Plana əsasən, məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçi ilə işəgötürən arasında nisbətlərə yenidən baxılması, işəgötürənin payının bu nisbətdə mərhələlərlə azaldılması və işçinin payının artırılması nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mecburi-dovlet-sosial-sigorta-haqlarinin-strukturunda-iscinin-payi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR