"Kinoloji taborun itin şagirdə hücum etməyib" - FHN-dən açıqlama

"Kinoloji taborun itin şagirdə hücum etməyib" - FHN-dən açıqlama
10:14 3 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

 

"Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb". Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Qurumdan verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır: "Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur"


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR