Konserti faciəylə bitən müğənni terrorun azyaşlı qurbanını kövrəltdi - FOTO

Konserti faciəylə bitən müğənni terrorun azyaşlı qurbanını kövrəltdi - FOTO
10:27 3 İyun 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

"Mən səninlə fəxr edirəm. Sən çox güclüsən. Sən bunu bacardın"

Milli.Az "Mirror"a istinadla bildirir ki, bu sözləri məşhur Amerikalı müğənni Ariana Qrande xəstəxanaya, Mançester terrorunun qurbanlarına baş çəkməyə gedəndə 8 yaşlı fanatı Liliyə deyib.

Bomba parçasının ağciyərinə girdiyi Lili Harison adlı 8 yaşlı qızın vəziyyəti hazırda normaldır. Onun yaraları sağalıb.

Müğənni ötən gün xəstəxanaya gedərək terror qurbanlarına baş çəkib. Onun fanatı ilə arasındakı dialoq uşağı kövrəldib. Lilinin yatağına uzanan Ariana deyib:

"Səninlə fəxr edirəm. Sən çox güclüsən. Sən bunu bacardın".

Müğənni daha sonra başqa yaralıları da görməyə gedib.

Qeyd edək ki, may ayının 22-də İngiltərənin Mançester şəhərindəki arenada Ariana Qrandenin konserti zamanı terror törədilib. Nəticədə 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Onlardan 59-u şikəst qalıb.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR