Kopenhagendə terror həyəcanı yaşanıb

Danimarkanın paytaxtı Kopenhagendə terror həyəcanı yaşanıb.

Metbuat.az xəbər verir ki, Kopenhagenin ən sıx mərkəzlərindən olan Andersen Bulvarı ərazisində axtarış aparan polislərə qarşı atəş açmağa çalışan şəxs zərərsizləşdirilib.

Atışmanı terror zənn edən insanlar arasında panika yaşanıb.

Qeyd edək ki, hadisə baş verəndən sonra mərkəzi yollar bir neçə saat bağlanılıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR