“Bu, ABŞ-ın külə çevrilməsini sürətləndirəcək” - XƏBƏRDARLIQ

“Bu, ABŞ-ın külə çevrilməsini sürətləndirəcək” - XƏBƏRDARLIQ
10:43 3 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Qitələrarası ballistik raketlərin ələ keçirilməsi üzrə ABŞ tərəfindən reallaşdırılan sınaqlar blef və hərbi təxribatdır.

Publika.az xəbər verir ki, bunu Koreya Xalq Ordusunun strateji qoşunlarının nümayəndəsi Şimali Koreya mərkəzi teleqraf agentliyinə (STAK) müsahibəsində bildirib.

“Amerika imperalistləri mayın 30-da Kaliforniya ştatının Bandenberq bazasında Şimali Koreyanın qitələrarası ballistik raketlərinin ələ keçirilməsini təqlid etdilər. Belə hərəkətlər təhlükəli hərbi təxribatdır”, - bəyanatda deyilir.

Onun fikrincə, sınaqlar ABŞ-ın nüvə müharibəsinə hazırlığın son mərhələsinə qədəm qoyduğunu göstərir. Koreya Xalq Ordusunun strateji qoşunlarının nümayəndəsi həmçinin bildirib ki, ABŞ Pxenyanın malik olduğu strateji güclərin nüvə zərbəsi yağışını dəf edə biləcəyini düşünməlidir.

“Donald Tramp administrasiyasının nüvə müharibəsinin atəşi ilə oynaması tarixin ən böyük bədbəxtliyi – ABŞ-ın külə çevrilməsini sürətləndirəcək”, - Koreya Xalq Demokratik Respublikasının hərbiçisi Vaşinqtona xəbərdarlıq edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR