Qarşıdakı 3 gündə Masazır, Cəlilabad və Masallıda qaz olmayacaq

Qarşıdakı 3 gündə Masazır, Cəlilabad və Masallıda qaz olmayacaq
10:47 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 4-6-sı tarixlərində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədardır.
"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qarsidaki-3-gunde-masazir-celilabad-ve-masallida-qaz-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR