Bakıda 55 yaşlı qadın evində ölü tapılıb

Bakıda 55 yaşlı qadının meyiti evində tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Proişe Reyhan Yuryevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:11-də başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR