AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb
11:08 3 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyasının gündəliyi açıqlanıb.

"Report" Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, AŞPA-nın növbəti plenar sessiyası iyunun 26-dan 30-dək Strasburqda keçiriləcək.

Sessiya zamanı Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Monteneqronun baş naziri Duşko Markoviç, Moldovanın baş naziri Pavel Filip, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcək.

Sessiya iştirakçıları Belarusda vəziyyət, Avropada miqrantlarıa və qaçqınlarla bağlı böhran və s. məsələləri müzakirə edəcəklər.

AŞPA sessiyasının işində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR