Həkimlər xəstəyə baxmaqdan imtina etdi, xəstə öldü - ORUCA GÖRƏ

Həkimlər xəstəyə baxmaqdan imtina etdi, xəstə öldü - ORUCA GÖRƏ
11:09 3 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Pakistanda oruc tutan həkimlər yaralıya tibbi yardım göstərməkdən imtina ediblər, nəticədə isə həmin şəxs ölüb.

 

Lent.az-ın məlumatına görə, oruclu həkimlərin xəstəyə baxmaqdan imtina eləməsinin səbəbi isə onun kanalizasiya işçisi olduğu üçün üstünün çirkli olması olub.

30 yaşlı İrfan Masif 3 iş yoldaşı ilə birlikdə kanalizasiya təmizləyirmiş. Bu zaman onun ürəyi gedib. Təcili yardım vasitəsilə xəstəxanaya aparılan İrfan Masifə çirkli olduğu üçün həkimlər müdaxilə etməyib. Bunun nəticəsində 30 yaşlı kanalizasiya işçisi dünyasının dəyişib.

 

Ölən şəxsin anası mətbuata açıqlamasında bildirib ki, həkimlər oruc tutduğu üçün üst-başı çirkli olan oğluna tibbi yardım göstərməyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR