Universitetin qarşısında avtomobillərə yaxınlaşan qızlar...

Adananın Çukurova Universitetinin girişində duran yüngül əxlaqlı qadınların müştərilərini aldadaraq, əşyalarını oğurladıqları müəyyən olunub.

Metbuat.az xəbər verir ki, günorta vaxtı ərazidə dayanan qadınlar müştərilərindən mobil telefon, pul kisəsi oğurlayaraq qaçıb. Onların əksəriyyətinin müştərilərini cinsi təcavüzə uğradıqlarını deyəcəkləri ilə hədələdiyi ortaya çıxıb.

Sürücülərin şikayətçi olmadığı qadınlar polis tərəfindən ərazidən uzaqlaşdırılıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR