6 yaşlı qıza təcavüz etdi, öldürdü, sonra isə... - QANDONDURAN HADİSƏ (FOTO)

6 yaşlı qıza təcavüz etdi, öldürdü, sonra isə... - QANDONDURAN HADİSƏ (FOTO)
11:23 3 İyun 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl ailəsi tərəfindən axtarışa verilən 6 yaşlı qızın cəsədi tapılıb. Polisin ilkin məlumatında azyaşlının təcavüz edilib, sonra öldürüldüyü məlum olub.

Publika.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Öldürülən 6 yaşlı Eylülün əmisi Mətin U. qızın cəsədinin yarımçıq tikilidə çamadanın içərisində tapdıqlarını deyib.

Əmisinin sözlərinə görə, uşaqlar küçədə oynayarakən yaxınlıqdakı stadionda işləyən fəhlələrdən biri onları çağırıb. Yerdəki torbaları toplamalarını və qarşılığında onlara pul verəcəyini deyib. Ondan sonra Eylülü görən olmayıb. Araşdırma nəticəsində uşağı Murat Şahin adlı şəxsin öldürdüyü məlum olub. Rəsmi məlumata görə, o, uşağı boğaraq öldürüb və qızın üzərində zorakılıq əlamətləri də var.

M.Şahin uşağı öldürdükdən sonra çamadana qoyaraq aparıb. Dostlarından biri onu əlində çamadanla gördüyünü deyib. Lakin o uşağın cəsədini yarımçıq tikilinin zirzəmisinə qoyandan sonra ailə ilə birlikdə Eylülün axtarışına qoşulub.

İfadəsi və davranışındakı şübhəli məqamlar onu ələ verib və o hadisəni törətdiyini etiraf edib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR