“Xəzər kuboku” VI Beynəlxalq turniri keçirilir

İntellektual oyunlar üzrə “Xəzər kuboku” VI Beynəlxalq turniri keçirilir.

Metbuat.az xəbər verir ki, 1iyundan başlayaraq Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” (GİİM) İctimai Birliyinin dəstəyi ilə İntellektual oyunlar üzrə "Xəzər kuboku" VI Beynəlxalq turniri keçirilir.

5 İyun tarixinədək davam edəcək oyunlarda ümumilikdə 7 ölkədən (Azərbaycan, Estoniya, Latviya, Russiya, Özbəkistan, Qazaxıstan, İsrail) 32 komanda olmaqla 200-dən artıq gənc iştirak edir.

Turnirin proqramında “Nə? Harada? Nə zaman?” oyunu, “Breyn-rinq” və “Xəmsə” Milli intellektual oyunu üzrə yarışlar keçirilməsi nəzərdə tutulub.

İntellektual oyunlar üzrə “Xəzər kuboku” VI Beynəlxalq turnirin açılış mərasimi 3 iyun 2017-ci il tarixdə, saat 11:00-da “Pullman” (Keçmiş Kempinski, Patamdart) mehmanxanasında baş tutacaq.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR