43 TB-lıq korporativ məlumat təhlükə altındadır

43 TB-lıq korporativ məlumat təhlükə altındadır
11:35 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Appthority” şirkətinin tədqiqatçıları serverlərə təhlükəli qoşulmaya malik mindən çox mobil proqram aşkar ediblər və bu, 43 TB-lıq məlumat itkisinə gətirib çıxara bilir. Ekspertlər 163 QB-lıq məlumat itkisinə səbəb olmuş 39 mobil proqramı araşdırıblar. İnformasiyaya giriş üçün hər hansı avtorizasiya tələb etməyən qorunmamış serverlər səbəbindən məlumat itkisi baş verib. Boşluq “HospitalGown” adlandırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, tədqiqatçılar 1 milyondan çox korporativ “iOS” və “Android” mobil proqramlarının şəbəkə trafikini təhlil edib və 21 mindən çox açıq, qorunmamış “Elasticsearch” server aşkar ediblər. Müəssisələrdə tez-tez istifadə edilən mobil proqramlar bu serverə qoşulurlar.
 
Bir çox zəif mobil proqramlar şirkətin əməkdaşları və müştərilərin parol, olduğu yer, səfər və ödənişləri, korporativ məlumatları (elektron poçt, telefon nömrələri və PIN kod) kimi fərdi informasiyanı ələ keçirməyə imkan verir.
 
Mobil proqramlar silinsə belə məlumat itkisi riski yenə də mövcuddur, çünki məlumatlar qorunmamış serverdə saxlanılır.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48205-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR