Səidə və İslam arasında qarşıdurma: "Yekə oğlansan, şər atma"

Səidə və İslam arasında qarşıdurma: "Yekə oğlansan, şər atma"
11:37 3 İyun 2017
310 Şou
Ölkə mətbuatı
A- A+

Hər buraxılışında qarşıdurma yaşanan "Maşın" realiti şousunda yenə də gərgin anlar baş verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Səidə Sultanla aktyor İslam Mehrəliyev dalaşıb. 

S.Sultan aktrisa Pərvin Abıyevanın fotosunu İslamın atmasını biləndə əsəbiləşib. İfaçının "Şəkil atma zamanı İslama dedim ki, mənim fotomu at. Sonra söhbət dəyişdi. Dedi ki, xanımların söhbətinə girmək istəmirəm, ikiniz də mənim dostumsunuz. Amma onun fotosunu atıb" sözlərinə qarşı tərəf sərt reaksiya verib. 

İ.Mehrəliyev Səidəni yalan danışmaqda günahlandırıb:

"Əvvəldən dedim ki, məni söz-söhbətlərə qatmayın. Oyun başlayandan məni ora-bura çəkirlər. Pərvin dedi, mənim fotomu at. Maraqlandım ki, hamı Səidənin fotosunu atır. Mən də Pərvinin şəklini atdım". 

S.Sultan "Mənə şər atma, yekə oğlansan" deyə, ona cavab verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR