Latviyada NATO-nun genişmiqyaslı təlimləri başlayıb

Latviyada NATO-nun genişmiqyaslı təlimləri başlayıb
12:12 3 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Latviyada NATO-nun "Saber Strike 2017" beynəlxalq hərbi təlimləri başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, təlimlərdə İtaliya, Norveç, Litva, Böyük Britaniya, Polşa, Slovakiya, ABŞ və Latviyanın özündən 2 mindən çox hərbçi iştirak edəcək.
Təlimlərin başlanması ilə bağlı mərasim Adajidəki hərbi poliqonda baş tutub. Mərasimdə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınş da iştirak edib.
Təlimlər iyunun 15-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/latviyada-nato-nun-genismiqyasli-telimleri-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR